DC Comics

DC Comics
Ölkə ABŞ ABŞ
Əsas şirkət Warner Bros.
Status aktiv
Yaranma tarixi 1934
Qurucu Malkom Hiler-Nikolson
Qərargah Berbank, Kaliforniya, ABŞ
Nəşrlər komiks
Sahib Time Warner
Sayt dccomics.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DC ComicsABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros.[1] şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl Fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir.

Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür.[2] Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.[3]

DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80 %-nin müəllifi idilər.[4]

  1. Melrose, Kevin. "DC Entertainment - what we know so far". Comic Book Resources. October 10, 2009. June 1, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2009. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. [www.dccomics.com "Official Site"] (#bad_url). Dccomics.com. April 21, 2010. İstifadə tarixi: June 17, 2010.
  3. DC Comics Inc. Arxivləşdirilib 2008-09-21 at the Wayback Machine Hoovers. Retrieved October 18, 2008.
  4. Siklos, Richard. "Spoiler alert: Comic books are alive and kicking". CNN. October 13, 2008. March 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2010. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search